1768—1774-cü illərdə Osmanlı dövlətinə qarşı müharibədə Rusiyanın qələbəsi xristian-alban məliklərini yenidən fəallaşdırdı. Onlar gizli müraciət edib Rusiyanı Azərbaycana yürüşə çağırdılar. Bu dövrdə Rusiyanın Cənubi Qafqazı işğal etmək üçün kifayət qədər hərbi gücü yox idi, həm də beynəlxalq şərait Rusiya üçün əlverişli deyildi. Ona görə də kiçik müqavimətə baxmayaraq, İbrahimxəlil xan məlikləri tabe etdi. O, ölkənin birləşdirilməsində yeni uğurlar qazandı, Naxçıvan, Gəncə və Təbriz xanlarını özündən asılı hala saldı.
Qubalı Fətəli xanın qonşu xanlıqları tabe etmək siyasəti Qarabağ xanlığı ilə münaqişəyə səbəb oldu. 1780—1781-ci illərdə Fətəli xanın Qarabağa yürüşləri uğursuz oldu.
Beləliklə, İbrahimxəlil xanın hakimiyyəti dövründə Qarabağ xanlığı daha da gücləndi. Xanlıq nəinki Azərbaycanın, demək olar, bütün Cənubi Qafqazın ən güclü siyasi qurumlarından birinə çevrildi.
Pənahəli xan | İbrahimxəlil xan |
Fərqli cəhətlər | Oxşar cəhətlər | Fərqli cəhətlər |