Fətəli xan Əfşarın Qarabağa yürüşü. Azərbaycan torpaqlarını birləşdirmə siyasəti həyata keçirən Urmiya xam Fətəli xan Əfşar cənub xanlıqlarını özünə tabe etdikdən sonra Pənahəli xanın yanına elçilər göndərib, Qarabağın da ona tabe olmasını tələb etdi. Pənahəli xan isə bu tələbi rədd etdi. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağa hücum etdi. Şuşanı mühasirəyə aldı. Uzunmüddətli mühasirədən sonra Pənahəli xan asılılığı qəbul etməyə məcbur oldu, lakin bu asılılıq çox davam etmədi. Pənahəli xan asılılığa son qoymaq üçün Şiraz hakimi Kərim xan Zəndin onunla ittifaqa girmək təklifini qəbul etdi.
Mirzə Camal Cavanşir. “Qarabağ tarixi”
Pənahəli xanın dövlətçilik fəaliyyətini
dəyərləndirin.
1763-cü ildə müttəfiqlər Fətəli xan Əfşarı məğlub etdilər. Kərim xan Zənd isə Pənahəli xana xəyanət edərək, Qarabağa qayıtmasına icazə verməyib onu Şirazda saxladı.
Qarabağ xanlığı İbrahimxəlil xanın hakimiyyəti dövründə. Pənahəli xandan sonra hakimiyyətə oğlu İbrahimxəlil xan (1763—1806) gəldi. O, xristian-alban məliklərini mərkəzi hakimiyyətə tabe etmək siyasətini davam etdirdi.