Bayat savaşında əldə edilən qələbəyə baxmayaraq, qala coğrafi baxımdan əlverişli yerdə deyildi. Ona görə də əvvəlcə Ağdam yaxınlığında Şahbulaq qalası inşa edildi. Nəhayət, Azərbaycanın qədim yaşayış məskəni olan Şuşada müdafiə qalasının tikintisi başa çatdırıldı. Bundan sonra Şuşa Qarabağ xanlığının paytaxtı oldu. Pənahəli xanın adı ilə Pənahabad adlanan Şuşa inkişaf edərək Azərbaycanın siyasi və iqtisadi mərkəzlərindən birinə çevrildi.
Qarabağ xanlığının güclənməsi. Bayat savaşından sonra Qarabağ xanlığının nüfuzu artdı. Bu isə Pənahəli xana xanlığın ərazilərini genişləndirmək imkanı verdi. Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil Qarabağ xanlığından asılı vəziyyətə salındı.
Qarabağ xanlığının mərkəzləşdirmə siyasətinə qarşı çıxan xristian-alban məliklikləri tabe edildi. İlk olaraq, Vərəndə məliki Pənahəli xanın hakimiyyətini qəbul etdi. Xaçın məliki əvvəlcə müqavimət göstərsə də, Ballıqaya döyüşündə məğlub edildi və Pənahəli xana tabe olduğunu qəbul etdi. Tədricən digər məlikliklər — Dizaq, Çiləbörd, Gülüstan (Talış) da Qarabağ xanından asılılığı qəbul etdilər. Buna baxmayaraq, onlar məkrli siyasətlərini