Səfəvilər dövründə mərkəzi Gəncə
olan Qarabağ bəylərbəyiliyi XVIII əs-
rin ortalarında
Azərbaycan xanlıqla-
rından birinə çevrildi.
Xanlığın yaranması. Qarabağ xanlığının əsasını Cavanşir tayfasının başçısı Pənahəli xan (1748—1763) qoymuşdu. Pənahəli xan vaxtilə Nadir şahın sərkərdələrindən biri olmuşdu.
Xanlığın əhalisini, əsasən, Cavanşir, İyirmidördlər, Otuzikilər, Kəbirli, Baharlı və Kolanı türk tayfaları təşkil edirdi. Bundan başqa, xanlığın ərazisində az sayda xristian-albanlar da yaşayırdılar.
Qarabağ bəylərbəyi və tayfaları hələ 1736-cı ildə Muğan qurultayında Nadir xanın şah seçilməsinə qarşı çıxmış, qanuni hakimiyyətin Səfəvilərə məxsus olduğunu bildirmişdilər. Ona görə də hakimiyyətə gələn Nadir şah Qarabağ tayfalarını cəzalandıraraq onları Xorasan vilayətinə və Əfqanıstana sürgün etmişdi. Qarabağ xanlığı yarandıqdan sonra