etməyi tələb etdi. Rusiya ilə münasibətləri pisləşdirmək
istəməməsi və digər xanlıqların narazılığı Fətəli xanı geri
çəkilməyə məcbur etdi.
Nə üçün Rusiya Fətəli xandan Azərbaycanın cənub torpaqlarını
tərk etməyi tələb etdi?
1789-cu ildə Fətəli xanın ölümündən sonra Quba xanlığı
zəiflədi. Onun dövründə birləşdirilmiş xanlıqlar yenidən müstəqil
oldular.
1.
Qubalı Fətəli xan birləşdirmə siyasətinin birinci
mərhələsində hansı xanlıqları özünə tabe etmişdi?
2.
Quba xanlığı ilə Şamaxı xanlığı arasında razılaşmanın
şərtləri necə idi?
3.
Qubalı Fətəli xanın dövlətçilik fəaliyyətini müzakirə
edin və digər hökmdarlarla müqayisə edin.
4.
Fətəli xanın birləşdirmə siyasətinə aid cədvəli
dəftərinizə çəkin və işləyin.
Mərhələ
|
Xanlıq
|
Birləşdirmə tarixi
|
Əhəmiyyəti |
I mərhələ |
|
|
|
II mərhələ |
|
|
|
5.
Xarici qüvvələr nə üçün vahid və güclü Azərbaycan
dövlətinin yaranmasını istəmirdilər? Müasir dövrlə
əlaqələndirin.
6.
Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin və
sxemi çəkib işləyin.