XVI əsrdə Səfəvi va Osmanlı
dövlətləri arasında uzun sürən müha-
ribələrin ilk mərhələsi 1555-ci ildə
bağlanan Amasiya sülh müqaviləsi
ila yekunlaşdı. İki türk dövləti
Yeni müharibənin başlanması. 1576-cı ildə Səfəvi şahı I Təhmasibin ölümündən sonra hakimiyyətə II İsmayıl (1576—1577) gəldi. O, dövlətin dayaqlarının möhkəmləndirilməsi, mərkəzləşdirmə siyasətinin həyata keçirilməsi üçün bir sıra addımlar atdı. Şah II İsmayılın bu addımları Qızılbaş əyanlarını narazı saldı və bu səbəbdən şah II İsmayıl sui-qəsd nəticəsində öldürüldü.
Sizcə, Şah II İsmayıl məqsədinə nail olsaydı, bunun Səfəvi dövləti iiçün hansı müsbət təsirləri ola bilərdi?