Hidrosferdə* toplanan suların yaranmasında vulkanizm prosesi nəticəsində Yerin daxilindən qalxan su buxarı mühüm rol oynamışdır. Sonralar baş verən soyuma nəticəsində uzunmüddətli yağışlar yağmış, hidrosfer yaranmışdır. Su buxarı maye hala keçərkən digər uçucu maddələri həll etmiş və mineral məhlula çevrilmişdir. Həm su, həm də onun tərkibində olan duzlar mantiyadan
Mantiyadan qızmar kütlənin səthə çıxması vahid Dünya okeanının nisbətən kiçik hissələrə parçalanmasına gətirib çıxardı. İlkin olaraq Sakit okean və müasir Şimal Buzlu okeanının mərkəzi hissəsi əmələ gəlmişdir. Bu mərhələdən sonra Yer səthində daha iki okean - Atlantik və Hind okeanları yaranmışdır. Yer üzərində hidrosferin indiki həcmi onun yaranmasının ilkin mərhələsində