Atmosfer
5.
Azərbaycanın iqlim xəritəsindən istifadə edərək kontur xəritədə 200-400 mm, 400-600 mm, 600-1000 mm yağıntı düşən məntəqələri qeyd edin. Verilən yağıntıların miqdarına əsasən ərazilərdən izogiyetlər keçirin.
6.
Havanın şaquli axınlarının
hansı enliklərə uyğun gəldiyini
müəyyən edin. Bu hava
axınları yağıntıların paylanmasına
necə təsir göstərir?
7.
Azərbaycanda hava şəraitinin dəyişməsinə təsir göstərən hava
kütlələrinin adlarını müəyyən edin:
1) mülayim-dəniz hava kütlələri
2) ekvatorial hava kütlələri
3) tropik hava kütlələri
4) tropik siklonlar
5) mülayim-kontinental hava kütlələri
8.
Verilən iqlim diaqramının Azərbaycanın hansı
məntəqəsinə uyğun olduğunu müəyyən edin:
A) Bakı
B) Lənkəran
C) Şuşa
D) Şirvan
E) Naxçıvan
9.
“Azərbaycanın iqlim xəritəsi”nə (səh. 96) əsasən Bakı şəhərində iqlim göstəricilərinə aid olan əlamətləri müəyyən edin:
1) Şimal istiqamətindən əsən küləklər üstünlük təşkil edir.
2) Xəzər dənizindən əsən küləklər bol yağıntılar gətirir.
3) İl ərzində 150-200 mm yağıntı düşür.
4) Cənubdan əsən küləklər soyuq və quru hava gətirir.
5) Havanın mütləq maksimum temperaturu 40°C-yə çatır.