Ayrı-ayrı məntəqələrdə iqlimin öyrənilməsi üçün diaqramlar qurulur. Onlardan məntəqələrin iqlim göstəricilərini müqayisə etmək üçün də istifadə edilir. Diaqramda yağıntıların aylar üzrə paylanması sütunların köməyi ilə təsvir olunur. Bunun üçün hər bir ayda düşən yağıntıların mm ilə miqdarı əsas götürülür. Onların paylanmasını göstərən qrafikin ordinat ( y ) oxunda sağ tərəfdə yağıntıların miqdarı ( mm ), absis ( x ) oxunda ayların baş hərfləri yazılır. Hər bir ayda düşən yağıntıların miqdarı düzbucaqlı formasında qrafikdə çəkilir.
Diaqramın sol tərəfində yağıntıların göstəricilərinə paralel olaraq temperaturun şkalası hər
Məsələn, diaqramdan görünür ki, Sinqapur şəhəri okean səviyyəsindən 10 m. yüksəklikdə yerləşir, burada il ərzində 2100 mm yağıntı düşür. İl ərzində havanın orta temperaturu bütün aylarda 21- 22°C arasında dəyişir. Yağıntılar da il ərzində bərabər paylanır. Diaqrama əsasən Sinqapur şəhərinin ekvatorial iqlim qurşağında yerləşdiyini müəyyən etmək olar.