XIX əsrin ikinci yarısında David Livinqston Afrikanın mərkəzi və şərq rayonlarını öyrənmişdir. Səyyah ilk dəfə olaraq Afrikanın qərb sahillərindən şərq sahillərinə qədər keçmişdir. O, Konqo, Zambezi çaylarının yuxarı axınlarını, Nyasa və Tanqanika göllərini, Viktoriya şəlaləsini kəşf etmişdir. Bu ərazilər XIX əsrin 70-ci illərində Henri Stenlinin başçılığı ilə öyrənilmişdir.
İlk dəfə Şimal qütbünə 1909-cu ildə amerikalı Robert Piri, Cənub qütbünə 1911-ci ildə norveçli Rual Amundsen, 1912-ci ildə ingilis Robert Skott gəlmişdir.
XX əsrin ən mühüm coğrafi nailiyyətlərinə “dreyf stansiyaları”ndan istifadə edərək Şimal Buzlu okeanının öyrənilməsini aid etmək olar. İlk atom buzqıran gəmisi Şimal qütbünə 1977-ci ildə çatmışdır.