Yağıntıların paylanması
1.
Yer üzərində yağıntıların miqdarı ilin fəsillərindən, okeanlardan olan
məsafədən, atmosfer təzyiqi sahələrindən necə asılıdır?
2.
Daimi və mövsümi küləklər yağıntıların paylanmasına necə təsir göstərir?
3.
Azərbaycanda hansı ərazilərə ən çox və ən az yağıntı düşür?
Verilən ifadələrə uyğun olaraq seçib qruplaşdırın.
Düzgün
Səhv
1.
Atmosfer yağıntıları havadan Yer səthinə düşən sulardır.
2.
Yer səthinə şeh və qırov buluddan düşür.
3.
Leysan yağışları yüksək laylı buludlardan düşür.
4.
Çiskin yağışlar laylı və laylı topa buludlardan düşür.
5.
Aramsız narın yağışlar topa buludlarda yaranır.
6.
Yer səthində ən çox yağıntı mülayim və ekvatorial enliklərdə düşür.
7.
Dünyada ən çox yağıntı Havay adalarına və Himalay dağlarının cənubunda
Çerapunci bölgəsinə düşür.
8.
Azərbaycanda ən çox yağıntı Qarabağ düzünə düşür.
9.
Böyük Qafqaz dağlarının cənub yamacında yağıntılar orta dağlıqdan yüksək
dağlığa doğru azalır.
1.
Mövzudakı məlumatlar və “Azərbaycanın iqlim xəritəsi”ndən istifadə edərək cədvəli doldurun:
Ərazilər
Yağıntıların miqdarı, mm
Ən çox yağıntı
düşən mövsüm
Kür-Araz ovalığı
Abşeron
Lənkəran ovalığı
Böyük Qafqaz
Kiçik Qafqaz
Naxçıvan