Qütblərin yüksək təzyiq sahələrindən mülayim enliklərdəki alçaq təzyiq sahələrinə doğru Şimal yarımkürəsində şimal-şərq küləkləri*, Cənub yarımkürəsində isə cənub-şərq küləkləri* əsir.
İl ərzində materiklər və okeanlar qeyri-bərabər qızır, fəsillər üzrə onların üzərində atmosfer təzyiqi sahələri yerini dəyişir. Bu, musson küləklərinin* (ərəbcə, mövsüm) yaranmasına səbəb
Qışda Avrasiya üzərində yüksək təzyiq sahəsi yaranır. Bu halda hava axınlarının istiqaməti materikdən okeanlara yönəlir və qış mussonu yaranır.