Yer səthinin qeyri-bərabər qızması, materiklər və okeanlar üzərində müxtəlif atmosfer təzyiqi sahələrinin olması nəticəsində havanın hərəkəti baş verir. Hava axınları daimi olaraq yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru yerini dəyişir. Bu küləklərə daimi küləklər* deyilir. Onlar Yer kürəsini əhatə edir və atmosferin ümumi dövranının* mühüm tərkib hissəsidir. Daimi küləklər hərəkət zamanı meyil edir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində - Koriolis (meyiletmə) qüvvəsi yaranır. Onun təsiri ilə üfüqi istiqamətdə hərəkət edən hava axınları Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində isə sola meyil edir. Ekvatordan uzaqlaşdıqca küləklərin meyiletməsi artır.
Passat küləkləri* tropik enliklərin yüksək təzyiq sahələrindən ekvatorial alçaq təzyiq sahələrinə doğru əsir.