Formalaşdığı əraziyə uyğun olaraq dəniz və kontinental hava kütlələri ayrılır. Dəniz hava kütlələri okeanlar və dənizlərin üzərində formalaşır. Onlar yüksək rütubətliyi, havanın sutkalıq və illik temperatur amplitudunun az olması ilə fərqlənir. Materiklərin daxilində kontinental hava kütlələri yaranır. Burada hava quraq keçir, temperatur amplitudu yüksəkdir. Tropik, mülayim və arktika hava kütlələri dəniz və kontinental tiplərə ayrılır.
Azərbaycanda yayda tropik, qışda mülayim hava kütlələri hakim olur. Ona görə yay isti və quru, qış yağıntılı və mülayim keçir. Hava kütlələrinin yerini dəyişməsi il ərzində Günəşin üfüqdə vəziyyətinin dəyişməsi ilə əlaqədardır.
Hava kütlələri arasındakı keçid zonalar atmosfer cəbhələri* adlanır. Formalaşdığı əraziyə görə arktika, antarktika, mülayim və tropik atmosfer cəbhələri ayrılır. Onlara planetar atmosfer cəbhələri deyilir. Arktika və mülayim hava kütlələri arasında arktika cəbhəsi (cənubda antarktika) yerləşir. Mülayim və tropik hava kütlələri arasında mülayim cəbhələr, tropik və ekvatorial hava kütlələri arasında tropik cəbhələr yaranır.
Planetar cəbhələrin daxilində isti və soyuq cəbhələr yaranır. Əgər isti hava soyuq havanı sıxışdırırsa, onda isti cəbhə yaranır. Bu zaman temperatur