Süxurların arasında müxtəlif geoloji dövrlərdə yaşamış bitki və
heyvan qalıqlarına rast
gəlinir. Onlar süxurların nisbi yaşının təyin olunmasına kömək
edir.
Azərbaycanda Qafqaz dağları ildə 1-3 mm qalxırsa, Kür-Araz ovalığı
aşağı enir. Abşeron yarımadasında balıqqulağından ibarət olan
mişar daşı (əhəng daşı) yataqlarının olması vaxtilə bu ərazilərin
okean suları altında olması ilə əlaqədardır.
1.
Yer qabığında üfüqi və şaquli hərəkətlər nə ilə əlaqədardır?
2.
Okean və dənizlərə xas olan balıqqulağı və digər üzvi
mənşəli süxurların yüksək
dağlarda tapılmasını necə izah etmək olar?
3.
Abşeron yarımadasında əhəngdaşı (mişar daşı) çıxarılır. Onun
tərkibinə baxdıqda nəyi görmək olar? Onların dəniz
çöküntüləri ilə hansı əlaqəsi vardır?
1.
Yer qabığını təşkil edən süxurların müxtəlif yatım
formasında olmasının səbəbini izah edin.
2.
Okeanlardan uzaq yerləşən ərazilərdə okean və dəniz
canlılarının qalıqlarının yayılması səbəbini
müəyyənləşdirin.
“Yer qabığının quruluşu” xəritəsindən (səh. 64-65) istifadə
edərək Yer qabığında qalxma və enmə sahələrinə uyğun gələn
əraziləri göstərin və kontur xəritədə qeyd edin.