Niderlandın Şimal dənizi sahilləri tədricən
aşağı çökür və okean suları altında qalmaq
təhlükəsi yaranır
Yerin daxilində gedən proseslərlə əlaqədar Yer qabığında baş
verən üfüqi və şaquli yerdəyişmələrə
tektonik hərəkətlər* deyilir. Tektonik hərəkətlər
zamanı Yer səthində qırılmalar, qalxmalar, enmələr baş
verir, qırışıqlıqlar yaranır. Aşağı çökmüş ərazilər
dəniz və okean suları ilə örtülür. Qırılmalar ərazilərin
kənarlaşması nəticəsində, qırışıqlıqlar isə yaxınlaşması
nəticəsində yaranır.
Bir zamanlar okean və dənizlərin dibində toplanan canlıların
qalıqlarına müxtəlif ərazilərdə və süxurların arasında laylar
formasında rast gəlinir. Onlar bir çox hallarda hazırkı su
hövzələrindən yüzlərlə kilometr kənarda yerləşir.
Dünyanın ayrı-ayrı əraziləri şaquli qalxmalara və enmələrə məruz
qalır. Hazırda Skandinaviya
sahilləri ildə 1 sm yuxarı qalxır, Şimal dənizinin sahilləri isə
aşağı enir. Bu enmə ildə 3 mm təşkil edir. İndiki Şərqi Avropa
düzənliyindən 70 mln. il əvvəl sular çəkilmiş və ərazi quruya
çevrilmişdir. Hazırda onun mərkəzi sahələri ildə 2-4 mm enir,
qərbi isə qalxır. Vulkan və zəlzələlər baş verən ərazilərdə
şaquli hərəkətlər daha intensiv olur.
Bir ərazinin enməsi ilə eyni vaxtda
digər ərazinin qalxması baş verir
Ərazilərin qalxması onun mütləq hündürlüyünün artmasına səbəb
olur