qütb gecələri bir sutka davam edir. Şimal coğrafi qütbündə
gecələrin uzunluğu 6 aya qədər (23 sentyabrdan 21 marta qədər)
olur. Bu vaxt Cənub qütb dairəsindən Cənub coğrafi qütbünə qədər
qütb gündüzləri əmələ gəlir. Qütbdə gündüzlər 6 aya qədər davam
edir.
Tropiklər və Qütb dairələrinin qiymətləri hesablama aparılması
üçün yuvarlaq şəkildə yazılır. 1°=60
/ olduğuna
görə tropiklərin qiyməti aşağıdakı kimi qəbul edilir: 23° 27
/=23,5°. Bunu
nəzərə alaraq Qütb dairələri üçün də: 66°33
/=66,5°
yazıla bilər.
1.
Qütb gecə və gündüzlərinin əmələ gəlməsinə səbəb nədir?
2.
Şimal və Cənub qütbətrafı ərazilərdə qütb gecə-gündüzlərinin
yerini dəyişməsinin səbəblərini izah edin.
Yer kürəsinin sxemdəki vəziyyətinə əsasən qütb gündüzlərinin
müşahidə olunduğu əraziləri müəyyən edib, onlar haqqında
məlumat toplayın:
Xəritədən istifadə edərək Şimal qütb dairəsinin keçdiyi
coğrafi obyektləri tapıb cədvəli doldurun:
Ölkələr
Adalar
Yarımadalar
Şəhərlər
Dağlar
Dənizlər
1.
2.
3.
Şimal qütb dairəsi yaxınlığında yaşayan xalqların həyat tərzi
haqqında məlumat toplayın və esse yazın.