Yerin orbit üzrə hərəkəti davam etdiyinə görə 21 martdan sonra Günəş şüalarının zenitdə olduğu enliklər şimala doğru dəyişir. 22 iyunda Günəş 23°27’ şimal enliyinə çatır. Bu paralel Şimal tropiki* adlanır. Həmin vaxt Yerin şimal hissəsi Günəşə tərəf çevrildiyinə görə Şimal yarımkürəsi daha çox istilik alır. Ona görə burada yay fəsli olur. Həmin vaxt Cənub yarımkürəsi Günəşdən az istilik alır, burada qış fəsli yaşanır.
22 dekabrda isə Günəş 23°27‘ cənub enliyində zenitdə olur. Bu paraleldən cənubda Günəş zenitdə olmur. Həmin paralel Cənub tropiki* adlanır.
22 dekabrda Yerin Cənub yarımkürəsi Günəşə tərəf çevrilir və bura daha çox istilik alır. Ona görə ekvatordan cənubda yay fəsli olur. Şimal yarımkürəsi az qızdığına görə burada qış fəsli yaşanır. Subtropik və mülayim enliklərdə fəsillərin dəyişməsi aydın müşahidə olunur.
Beləliklə, Günəş il ərzində Şimal və Cənub tropikləri arasında zenitdə olur. Ona görə bu ərazilər kifayət qədər istilik və işıq alır. Yerin hərəkəti nəticəsində sutkalıq və illik ritmik hadisələr
Yerin Günəş ətrafında hərəkəti nəticəsində ilboyu onun ayrıayrı əraziləri müxtəlif dərəcədə istilik alır. Ona görə istiliyin kifayət qədər olduğu ekvatorial və tropik enliklərin şərqində rütubətlənmə də olduğuna görə həyat daha zəngindir. Burada meşələr və kolluqlar