olunur. Əgər məntəqə Qərb yarımkürəsində yerləşirsə, alınan cavab 24-dən çıxılır. Yəni, XXIV saat qurşağından qərbə doğru hesablanır.
Hər bir saat qurşağı üçün onun ortasından keçən meridian üzərində olan yerli vaxt qurşaq vaxtı* kimi qəbul edilir. Əgər 0-cı saat qurşağının orta meridianı başlanğıc meridian hesab olunursa, bu halda qurşaqlarda bu xətt hər 15°-dən bir keçirilmiş olacaq. I saat qurşağında 15° ş.u., II saat qurşağında 30° ş.u. (2 • 15° = 30°) orta meridian kimi qəbul edilir, yəni, saat qurşağının qiyməti 15°-yə vurulur. Şərqə getdikcə qurşaq vaxtı bir saat artır, qərbə getdikcə bir saat azalır.
Beynəlxalq razılığa əsasən yeni sutkanın başlanması 180° meridiandan hesablanır. Bu meridian Təqvim vaxtının Beynəlxalq dəyişmə xətti adlanır.
1. Vaşinqton | 77° q.u. | 4. Tokio | 140° ş.u. |
2. Astana | 72° ş.u. | 5. Ər-Riyad | 46° ş.u. |
3.London | 0° ş.u. | 6. Kanberra | 150° ş.u. |