edilən mövzu göstərilir. Bir neçə təbii və sosial-iqtisadi
elementlərin birlikdə təsvir olunduğu xüsusi (tematik) xəritələr
kompleks xəritələr adlanır. Onlar müxtəlif hadisələr
arasındakı qarşılıqlı əlaqələri göstərmək üçün tərtib edilir.
Məsələn, materiklərin kompleks xəritələri tərtib olunmuşdur.
1.
1:600000 miqyaslı “Azərbaycanın iqlim xəritəsi” təsnifatlar
üzrə hansı qruplara aiddir?
2.
Miqyasına görə ayrılan xəritələrin hansında daha dəqiq ölçmə
işləri aparmaq olar? Bunun səbəbi nədir?
Sxemi tamamlayın:
Xəritələrin qruplaşdırılması
Miqyasına
Məzmununa
Ərazi əhatə etməsinə
1.
Verilən xəritələrin miqyasını əhatə etdiyi ərazilərin
artma sırasına görə qruplaşdırın:
a) 1:4000000, b) 1:500000, c) 1:150000000,
d) 1:80 000, e) 1:350 000
2.
Xəritələri verilən miqyasların kiçilməsi sırası ilə düzün:
a) 1:650000, b) 1:400000, c) 1:130000000,
d) 1:30000, e) 1:5000000
3.
Yer üzərində iki məntəqə arasındakı məsafə 500 km olarsa
1:150 000, 1:700 000 və 1:1500 000 miqyaslı xəritələrdə bu
məsafə neçə sm olar?
4.
1:150 000, 1:700 000 və 1:1500 000 miqyaslı xəritələri
müqayisə edin. Hansı xəritədə ərazilər daha dəqiq
(müfəssəl) təsvir olunur? Coğrafi obyektlərin ixtisar
olunmasına səbəb nədir?
“Azərbaycanın fiziki xəritəsini” “Avrasiyanın fiziki
xəritəsi” və “Yarımkürələrin fiziki xəritəsi” ilə müqayisə
edin:
1.
Hansı coğrafi obyektlər hər üç xəritədə təsvir olunur?
2.
Xəritələrdə Kür çayı və Xəzər dənizinin sahillərinin
təsvirində hansı fərqlər vardır?