Əhatə etdiyi əraziyə görə coğrafi xəritələr aşağıdakı qruplara ayrılır: 1) dünyanın və yarımkürələrin xəritələri; 2) materiklərin, okeanların və onların bir hissəsinin xəritələri; 3) ölkələrin və onların bir hissəsinin xəritələri. Bəzən yarımkürələrin və okeanların xəritələri ayrıca götürülür.
Məzmununa görə ümumcoğrafi və xüsusi (tematik) xəritələr ayrılır. Ümumcoğrafi xəritələrdə həm fiziki- coğrafi, həm də iqtisadi- coğrafi obyektlər göstərilir. Onların üzərində bütün coğrafi obyektlər (çaylar, göllər, sərhədlər, şəhərlər, faydalı qazıntılar) eyni səviyyədə təsvir edilir. Ümumcoğrafi xəritə ərazi üzrə ümumi tanışlıq, üzərində təsvir edilən hadisələrə
Xüsusi (tematik) xəritələrdə hər hansı bir mövzu və ya hadisə daha müfəssəl təsvir olunur. Tematik xəritələrin təbii hadisələri göstərən və sosial - iqtisadi prosesləri əks etdirən qrupları vardır. Məs.: iqlim, torpaq, bitki örtüyü, siyasi-inzibati, əhalinin sıxlığı, kənd təsərrüfatı və s. Bu tipli xəritələrdə təsvir