Azərbaycan alimləri coğrafiya elminin inkişafına mühüm töhfələr vermişlər. Nəsirəddin Tusi 1259-cu ildə Marağa şəhərində qurduğu rəsədxanada astronomik hesablamalar aparmış, Yerin fırlanması və ölçülərini müəyyən etmiş, coğrafi məntəqələrin koordinatlarını vermişdir.
Məşhur coğrafiyaçı Əbdürrəşid Bakuvi XIV-XV əsrlərdə yaşamışdır. Onun bizə gəlib çatan yeganə kitabı (“Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri”) Paris Milli Kitabxanasında saxlanılır.
XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda elmin ayrı-ayrı sahələri, o cümlədən təbiətşünaslıq inkişaf etmişdir. Bu dövrdə əhalinin, şəhərlərin, təbii şəraitin və təbii ehtiyatların öyrənilməsinə başlanmışdır.
XIX əsrdə yaşayan Hacı Zeynalabdin Şirvani Azərbaycanın məşhur tarixi simalarından biri, səyyah və coğrafiyaşünasdır. O, ömrünün 40 ilini səyahətdə keçirmiş, bu dövrdə 60 min km yol getmişdir. Şirvani Mərkəsi Asiyada, Hindistanda, İndoneziyada, Ərəbistanda və Şimali Afrikada olmuşdur. Səyyah gəzdiyi ərazilər haqqında bir neçə əsər yazmışdır.
XIX əsrdə Abbasqulu ağa Bakıxanov Azərbaycanın tarixi, ictimai-iqtisadi inkişafı haqqında “Gülüstani- İrəm”, Xristofor Kolumbun Amerikanı kəşf etməsi haqqında “Qəribə kəşflər”, Kainatın heliosentrik sistemi haqqında “Kainatın sirləri” əsərlərini yazmışdır. Azərbaycanın təbiəti haqqında Həsən bəy Zərdabinin əsərlərində