Topoqrafik xəritə
- ərazilərin müfəssəl təsvirini verən böyük miqyaslı
xəritələr.
Topoqrafik plan - mühəndis qurğularının, texniki layihələrin hazırlanması və tikintisində, faydalı qazıntıların işlənməsi zamanı, şəhər təsərrüfatı işlərinin görülməsi zamanı istifadə edilən 1: 2000 və daha böyük miqyaslı xəritə.
Tropiklər - ekvatordan həm şimala, həm də cənuba 23°27/ paralellər. Tropiklər Günəşin göy qübbəsində zenitdə olmasının sərhədləridir. Şimal yarımkürəsində bu paralel Şimal tropiki və ya Xərçəng tropiki, Cənub yarımkürəsində Cənub tropiki və ya Oğlaq tropiki adlanır.
Üzvi aşınma - bitkilərin və heyvanların həyat fəaliyyəti nəticəsində süxurların mexaniki olaraq dağılması və ya kimyəvi dəyişməsi.
Yeni sənaye ölkələri - iqtisadiyyatı az vaxt ərzində sürətlə inkişaf edərək, İEOÖ üçün səciyyəvi olan geri qalmış təsərrüfatdan İEÖ üçün xas olan səviyyəyə qədər yüksələn, keçmişdə müstəmləkə və yarımmüstəmləkə olmuş Asiya ölkələri. Hazırda YSÖ-ə Malayziya, Tailand, Filippin, İndoneziya, Hindistan, Latın Amerikasında Argentina, Meksika və Braziliya aiddir.