Kompüter texnologiyasının tətbiqi coğrafiyanın əksər sahələri üçün məlumatların əldə edilməsi işlərini xeyli asanlaşdırır. Məsələn, Ümumdünya Hava Xidmətinin Moskva, Melburn və Vaşinqtonda əsas mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə meteoroloji peyklər vasitəsilə və meteoroloji stansiyalarda toplanan məlumatlar təhlil edilir, ümumiləşdirilir və digər ölkələrə ötürülür.
Dreyf stansiyaları haqqında məlumat toplayın, onların fəaliyyəti ilə alınan elmi nəticələri təsvir etməyə çalışın.