Hazırda müxtəlif məzmuna malik xəritələrin tərtib edilməsi üçün aerofoto və kosmik şəkillərin çəkilməsi, həmçinin kompüter texnologiyasının imkanlarından geniş istifadə edilir. Yerin aerofoto və kosmik şəkillərinin çəkilməsi üçün müxtəlif hündürlükdə uçan aparatlarda cihazlar qurulur. Kosmik şəkillərin köməyi ilə dəqiq xəritələr tərtib edilir. Bu aparatlar Yer səthində və atmosferdə baş verən dəyişiklikləri izləməyə imkan verir.
Dəniz gəmilərində qurulan kameralar okeanların dərin sahələri və dib relyefinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir.