Bunun qarşısını almaq üçün təmizləyici qurğular tikilir, yeni texnologiya tətbiq edilir, rekultivasiya işləri aparılır.
Kurort-turizm təsərrüfatı əhalinin həyat səviyyəsinin yüksəldilməsi və istirahətinin təşkilində mühüm rol oynayır. Azərbaycanda ən mühüm təbii rekreasiya ehtiyatları Xəzər dənizinin sahillərində yerləşir. Yay aylarında bol günəş şüaları, qızmar qumlar, sahilboyu uzanan meşələr və mineral bulaqlar bu ərazilərin müalicə və istirahət üçün istifadə imkanlarını genişləndirir. Abşeron yarımadasının şimal sahilləri əsas istirahət yerləridir.
Göygöl və Naxçıvanda Batabat gölü ətrafında olan ərazilər mühüm təbii-rekreasiya zonalarıdır. Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Quba-Xaçmaz, Lənkəran-Astara, Qazax-Tovuz,
Ölkənin müxtəlif ərazilərində yerləşən qalalar, tarixi-memarlıq abidələri, şəhər xarabalıqları, qədim yaşayış məskənləri turizm təsərrüfatının yaradılması üçün mühüm əhəmiyyət kəsb edir.