1. Təbii rekreasiya- turizm ehtiyatlarından istirahət, müalicə və turizm üçün istifadə edilir. Onlara sahilboyu ərazilər, dağlar, meşələr, mineral sular aiddir.
2. Mədəni-tarixi ehtiyatlara tarixi, arxeoloji, şəhərsalma, arxitektura, incəsənət abidələri daxildir. Bu abidələrə Londonda Vestminster, Moskvada Kreml, Paris yaxınlığında Versal, Romada Kolizey, Aqrada (Hindistan) Tac-Mahal məqbərəsi, Misir piramidaları, Nyu-Yorkda Azadlıq heykəli, Bakıda Qız Qalası aiddir.
1972-ci ildə Parisdə UNESCO tərəfindən “Ümumdünya Mədəni və Təbii İrsin qorunması haqqında” Konvensiya qəbul edilmiş və onların siyahısı hazırlanmışdır. Bu siyahıya daxil
olan obyektlərin sayı hər il artır. 2018-ci ildə bu siyahıda 1092 obyekt olmuşdur. Onların 845-i mədəni, 209-u təbii, 38-i mədəni-təbii obyektlərdir. Bu obyektlərin əsas hissəsi Avropada, Asiyada, MDB ölkələrində (167 ölkə) yerləşir. Ümumdünya İrs obyektləri rekreasiya-tanışlıq fəaliyyətinin əsas mərkəzlərinə çevrilmişdir.
Milli adət-ənənələr, mərasimlər və bayramlardan da dünyanın müxtəlif ölkələrində geniş miqyasda turizmin inkişafı üçün istifadə olunur. Turizm-rekreasiya təsərrüfatı əhalinin