Üçüncü istiqamət insanların yaşadığı təbii mühitin qorunması, onların sağlamlığının mühafizəsi üçün çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsini nəzərdə tutur.Əhalinin çox cəmləndiyi iri şəhərlərdən onların
Dünyada ekoloji təhlükəsizliyin gücləndirilməsi üçün müxtəlif səviyyələrdə - yerli, regional və qlobal səviyyədə tədbirlər görülür. Qlobal ekoloji siyasətin formalaşması üçün BMT-nin köməyi ilə Stokholmda (1972), Rio-de-Janeyroda (1992), Kiotoda (1997), Yohannesburqda (2002) və Kopenhagendə (2009) keçirilən Ümumdünya konfranslarının xüsusi əhəmiyyəti olmuşdur.
Kioto Protokolunun imzalanmasında məqsəd atmosferdə zərərli qazların miqdarının müəyyən səviyyədən yuxarı qalxmasının qarşısının alınmasıdır. Bunun üçün ölkələr müəyyən öhdəliklər götürmüşdür, hər ölkəyə atılan tullantıların miqdarı üzrə kvota (norma) verilmişdir.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələr ətraf mühitin qorunmasına yönəldilən ekoloji siyasət həyata keçirir. Son vaxtlarda belə bir siyasət bəzi İEOÖ-də də aparılır.
Dünyanın ayrı-ayrı regionlarında təbiəti mühafizə sahəsində BMT tərəfindən də xeyli işlər görülür. Bu sahədə fəaliyyətin nizamlanması üçün Təbii Ehtiyatlardan Səmərəli İstifadə və Ətraf Mühitin Qorunması üzrə Təşkilat (YUNEP) yaradılmışdır. Bir çox ölkələrdə Yaşıllar hərəkatı təbitətin qorunması üçün çalışır.
Azərbaycanda da təbiətin mühafizə edilməsi üçün xeyli işlər görülmüşdür və davam etdirilir.
İEÖ-də ekoloji problemlərin yaranması təsərrüfat sahələri və əhali tərəfindən ehtiyatlardan böyük