Dünyanın əksər ölkələrində yaranmış ekoloji problemlərin həll edilməsi üçün bir neçə yoldan istifadə edilir. Bu yolları üç böyük qrupda birləşdirmək olar.
Birinci qrupa müxtəlif təmizləyici qurğuların tikilməsi, zibillərin məhv edilməsi və emalı, torpaqların rekultivasiyası (bərpa edilməsi) aiddir.
İkinci qrupa təbiəti qoruyan, tamamilə yeni texnologiyanın işlənib hazırlanması və tətbiq edilməsi aiddir. Az tullantılı istehsal sahələrini inkişaf etdirmək, tullantıları yenidən emal etmək,