Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində təbii mühitin xüsusiyyətlərinin zərərli olaraq dəyişməsidir. Yer qabığının çirklənməsi sənaye, tikinti və kənd təsərrüfatı obyektlərinin fəaliyyəti nəticəsində baş verir. Əsas çirkləndiricilərə metallar və onların birləşmələri, gübrələr, zəhərli kimyəvi və radioaktiv maddələr, məişət tullantıları aiddir. Yer səthinin ayrı-ayrı sahələrinin çirklənməsinə mənfi təsir göstərən əsas amillərdən biri dağ-mədən sənayesi sahələridir.
Hidrosferin çirklənməsi su hövzələrinə sənaye, kənd təsərrüfatı və məişət tullantılarının və çirkab sularının axıdılması nəticəsində baş verir. Bu tullantılar Avropada Reyn, Dunay, Sena və Temza, ABŞ-da Missisipi və Ohayo, MDB-də Volqa, Dnepr, Kür, Amudərya, Sırdərya çaylarının çirklənməsinə səbəb olmuşdur.
Dünya okeanı üçün neftlə çirklənmə daha böyük təhlükə mənbəyidir. Aralıq, Şimal, Baltik, Qara, Yapon, Karib dənizləri, Qvineya, İran, Meksika, Biskay körfəzləri çirklənmişdir. Dünya okeanının dərin sulu çökəklikləri radioaktiv çirklənməyə məruz qalır
Radioaktiv çirklənmə - coğrafi təbəqənin qlobal problemlərindən biridir. O, radioaktiv filizlərin hasilatı, dinc məqsədlər üçün aparılan nüvə partlayışları, nüvə sınaqları keçirilməsi, AES-lərdə baş verən qəzalar, nüvə tullantılarının emalı və basdırılması nəticəsində yaranır. AES-lərdə olan qəzalar ciddi təhlükə mənbəyinə çevrilir. Məs., 1986-cı ildə Ukraynada olan Çernobıl AES-dəki qəzadan sonra ətraf ərazilərdə yaşayan əhali köçürülmüşdür. AES-lərdə alınan