Kombinələşmə* - texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal sahələrinin və ya proseslərinin bir müəssisədə birləşməsidir. Kombinələşmə prosesi kombinatlarda özünü daha aydın göstərir. Kombinat - xammalı ardıcıl olaraq tam emal edən, bir-birinə xidmət edən və ya tullantıları emal edən müəssisələrdir. Onlar metallurgiya, kimya, yüngül və yeyinti sənayesi sahələrində təşkil edilir. Metallurgiya kombinatlarında dəmirdən çuqun alınır, sonra polad əridilir, poladdan son məhsul olan prokat (boru, dəmir yolu relsləri, polad lövhə, metal məftillər və s.) hazırlanır.
Yaşadığınız ərazidə olan təsərrüfat obyektlərinin yerləşməsi zamanı istehsalın təşkili formaları necə nəzərə alınır? Onlar haqqında məlumat toplayın.