Ölkənin filiz faydalı qazıntılarının çox hissəsi Kiçik Qafqazda və Naxçıvan MR-də yerləşir. Kiçik Qafqazda yerləşən Daşkəsən rayonundakı dəmir filizi və alunit ehtiyatlarından istifadə edilməsi əsasında metallurgiya sənayesi yaradılmışdır. Gədəbəy və Daşkəsən rayonlarında Qızıl emalı zavodu fəaliyyət göstərir. Abşeron yarımadasında yerləşən tikinti materiallarının çox hissəsi istifadə edilir. Dağlıq və dağətəyi ərazilərdə olan mineral bulaqlar, turizm-rekreasiya ehtiyatları mühüm təsərrüfat əhəmiyyətinə malikdir.
Dərslikdəki xəritədən istifadə edərək ayrı-ayrı regionlarda təbii ehtiyatlarla zəngin olan ölkələrin adlarını müəyyən edərək cədvəli doldurun
Regionlar | Təbii ehtiyatlar yerləşən ölkələr | |||
Neft | Təbii qaz | Kömür | ||