Mineral xammal ehtiyatları getdikcə tükənir. Lakin onlar hələ yaxın bir neçə on ilə kifayət edər, yeni yataqlar da axtarılır. Bu xammalları əvəz edən yeni mənbələr müəyyən edilir.
Geniş əraziyə malik olan Braziliya, Rusiya, Çin, ABŞ, Avstraliya, Kanada əksər təbii ehtiyatlara malikdir. Neft və təbii qazın əsas hissəsi İran körfəzi sahillərində, mis filizi And dağları və Mərkəzi Afrikada, dəmir filizi Rusiya, Ukrayna, Braziliya və Avstraliyada, meşə ehtiyatları Kanada, Rusiya və Braziliyada yerləşir.
Ölkələrin təbii ehtiyatlara olan tələbatı iqtisadi inkişaf səviyyəsindən, ərazinin böyüklüyündən, sənaye sahələrinin yerləşməsindən, təbii ehtiyatlarla təminatdan asılıdır. Texnika və texnologiya inkişaf etdikcə süni xammallardan istifadə edilməsi genişlənir, istehsal edilən məhsulların material, su və enerji tutumluluğu azalır.
Azərbaycan təbii ehtiyatlarla zəngindir, onların əksəriyyətindən təsərrüfatda və xidmət obyektlərinin fəaliyyətində istifadə olunur. Mühüm təsərrüfat əhəmiyyəti olan təbii sərvətlərə neft, təbii qaz, yodlu-bromlu sular, dəmir filizi, polimetal filizləri, alunit, tikinti materialları aiddir. Abşeron yarımadası,