Təbii ehtiyatlar* - əhalinin yaşaması və təsərrüfat fəaliyyəti üçün istifadə edilən təbii sərvətlərdir. Təbii ehtiyatların bir hissəsi birbaşa istifadə olunur, digər qismi isə emal edilir. Təbii ehtiyatların əsas növlərinə günəş enerjisi, Yerin daxili istiliyi (geotermal), su, torpaq, bitki, heyvan və mineral ehtiyatlar aiddir. Mineral ehtiyatlar filiz, qeyri-filiz və yanacaq faydalı qazıntılara* ayrılır. Filiz faydalı qazıntılarına dəmir, mis, alüminium, polimetal filizləri və s. daxildir. Neft, təbii
Təbii ehtiyatlar tükənən və tükənməyən qruplara ayrılır. Torpaq, su, hava, bitki və heyvan ehtiyatları tükənir, lakin sonra bərpa olunur. Onlara tükənən, lakin bərpa olunan ehtiyatlar deyilir. Bəzən onların bərpası üçün uzun illər lazım gəlir. Məsələn, torpağın 0,5-1 sm üst məhsuldar qatının bərpası üçün yüz il keçir. Təbii ehtiyatların bir qismi isə istifadə edilir və bərpa olunmur.