Əhalinin təbii artımının nizamlanması üçün inzibati, iqtisadi, təbliğati tədbirlər sistemi vasitəsilə ölkələr demoqrafik siyasət* həyata keçirir. Birinci tip ölkələr təbii artımı yüksəltməyə çalışır. Əhalinin təbii artımının tənzimlənməsi üçün ikinci tip ölkələrdə doğumun azaldılması istiqamətində demoqrafik siyasət
Miqrasiya* — daimi yaşayış yerini dəyişməklə və ya dəyişmədən insanların bir yerdən digərinə (rayondan rayona, ölkədən ölkəyə) yerini dəyişməsidir. Miqrasiyaya mexaniki hərəkət də deyilir. Miqrasiyada iştirak edənlər miqrantlar adlanır. Miqrasiya iqtisadi, siyasi, dini, ekoloji problemlər səbəbindən ola bilər. O, əhalinin sayına, milli və cins-yaş tərkibinə, ailə-nikah münasibətlərinə və yerləşməsinə böyük təsir göstərir. Bir çox ölkələrdə (Amerika ölkələri,Avstraliya və Yeni
Böyük Coğrafi kəşflər dövründən sonra, həmçinin XIX əsrdə əhali Avropa, Asiya və Afrikadan yeni kəşf edilmiş ərazilərə köçmüşdür.
XX əsrin ikinci yarısından sonra əhali Qərbi Avropa ölkələrinə (Almaniya, Fransa, B.Britaniya), ABŞ-a, Kanadaya, Yaxın və Orta Şərqin neft hasilatı rayonlarına, həmçinin Avstraliya və Yeni Zelandiyaya köçüb gedir.