Təbii artım* – müəyyən vaxt ərzində (çox vaxt 1 ildə) doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərqdir. Dünyada əhali əsasən təbii artım hesabına çoxalır. Dünya ölkələri təbii artımın səviyyəsinə görə iki tipə ayrılır. Bütün İEÖ, Şərqi Avropa ölkələri təbii artımın birinci tipinə aiddir. Bu ölkələrdə doğum, ölüm və təbii artım aşağı göstəricilərə malikdir, əhalinin sayı zəif templə artır və ya təbii azalma gedir. Nəticədə yerli əmək ehtiyatları çatışmır. Bu halda demoqrafik böhran yaranır. İEOÖ və təbii artımın ikinci tipinə daxildir. Bu ölkələrdə ölüm nisbətən az, doğum və təbii artım yüksəkdir.