Son vaxtlarda coğrafi məlumatların toplanması və təhlil edilməsində kompüter və texniki vasitələr geniş tətbiq edilir. Onların xəritələrə köçürülməsi ilə coğrafi informasiya sistemi* məşğul olur. Bu sahədə riyazi coğrafiya xüsusi əhəmiyyət kəsb edir.
Dərslikdə verilən sxemdən istifadə edərək coğrafiyada ənənəvi və yeni yaranmış elm sahələrini müqayisə edərək fikirlərinizi yazın.