Nümunə:
Ölkədə əhalinin sayı 1970-ci ildə 5600 min nəfər, 1980-ci ildə
6832 min nəfər olmuşdur. Əhalinin sayının orta illik artım faizini
tapın.
Həlli: 10 il ərzində əhalinin sayı 22% (432 min nəfər) artdığına
görə orta
illik artım 2,2% olacaqdır.
5600000 nəfər - 100%
6832000 nəfər - x %
x = (6832000 • 100%) : 5600000 = 122%
(122 - 100) : 10 = 2,2%
1.
Əhalisinin sayına görə hansı ölkələr qabaqcıl yer tutur?
2.
Dünya əhalisi materiklər və qitələr üzrə necə paylanır?
3.
Əhalinin sayı dünyada və Azərbaycanda tarixən necə
dəyişmişdir?
4.
Əhalinin sayının dəyişməsinə hansı amillər təsir göstərir?
Dünyada və Azərbaycanda əhalinin sayının artım diaqramını
qurun.
1.
1970-ci ildə Azərbaycanda əhalinin sayı 5117 min nəfər,
1999-cu ildə 7953 min nəfər olmuşdur. Əhalinin sayının
orta illik artım faizini tapın.
2.
Dünyada 1970-ci ildə əhalinin sayı 3635,0 mln. nəfər,
1990-cı ildə 5235,0 mln. nəfər olmuşdur. Əhalinin sayının
orta illik artımının neçə nəfər olduğunu müəyyən edin.
3.
2000-ci ildə dünya əhalisinin sayı 6250 mln. nəfər
olmuşdur. Əhalinin sayının orta illik artımının 2%
olduğunu nəzərə alaraq 2015-ci ilə bu göstərici neçə nəfər
olmuşdur?
Azərbaycanda əhalinin sayının artım
diaqramına əsasən hansı mərhələləri
ayırmaq olar?