Əhali və təsərrüfatın ərazi təşkili
Dünya ölkələrində əhalinin sayı (2022)
sürəti xeyli yüksəlmişdir. Əhalinin sayının artımına və
demoqrafik inkişafa əlverişli təbii-coğrafi şərait,
təsərrüfatın inkişaf səviyyəsi, qadınların məşğulluğu və təhsili,
şəhər əhalisinin çox və ya az olması təsir göstərir.
Hazırda dünyada əhalinin illik artımı 85-90 mln. nəfər təşkil
edir.
Əhali artımının əsas hissəsi Asiya, Afrika və Latın Amerikası
ölkələrinin payına düşür. Qərbi Avropa, Şimali Amerika və
Avstraliyada əhalinin sayı aşağı sürətlə artır. Bu regionlarda
əhalinin sayının artımına miqrasiyalar ciddi təsir göstərir.
Planetimizin bütün əhalisinin təqribən yarısı Asiyada yaşayır.
Azərbaycanda əhalinin sayı 2010-cu ilin aprelində 9,0 mln. nəfərə,
2019-cu ilin aprelində 10,0 mln. nəfərə çatmışdır. 2022-ci ilin
əvvəlində ölkədə əhalinin sayı 10156,4 min nəfər olmuşdur.
Əhalinin 52,9%-i şəhərlərdə məskunlaşır. Ölkədə əhalinin əsas
hissəsi Abşeron yarımadasında cəmlənir. Bakının paytaxt olması,
təsərrüfatın burada yerləşməsi ilə əlaqədar əhalinin sayı da
çoxdur. Düzənlik və dağətəyi zonalarda əhali sıx məskunlaşır.
Onlara Kür-Araz, Samur- Dəvəçi və Lənkəran ovalıqları,
Şərur-Ordubad düzənliyi, Qanıx- Əyriçay vadisi aiddir. Qobustan,
Acınohur-Ceyrançöl, orta və yüksək dağlıq ərazilərdə əhalinin
sıxlığı aşağıdır. Son
Əhalisinin sayı 100 mln. nəfərdən çox olan ölkələr
(2022)