Əhali (insan resursu) hər bir dövlətin mühüm iqtisadi və
demoqrafik potensialıdır. Əhalinin sayı işçi qüvvəsinin çox
olması deməkdir. Onun sayının yüksək templə artımı
nəticəsində təsərrüfat sahələri ucuz işçi qüvvəsi ilə təmin
edilir. Bu isə ölkənin iqtisadi potensialının artımına imkan
verir. Hər bir ölkə əhalinin sayı və artımının nizamlanması
üçün tədbirlər görür.
1.
Əhalinin sayının artımına hansı amillər təsir göstərir?
2.
Əhalinin sayının çox olması demoqrafik inkişafa necə
təsir göstərir?
3.
Azərbaycanda əhalinin sayının dəyişməsinə hansı
proseslər təsir edir?
Əhalinin sayı. Demoqrafiya. Demoqrafik inkişaf. Əhalinin artım
dinamikası.
İllik mütləq artım.
Əhalinin sayını, təbii artımını, cins-yaş tərkibini
demoqrafiya*
elmi öyrənir. Alınan məlumatlardan demoqrafik siyasətin işlənib
hazırlanması, əmək ehtiyatlarının məşğulluğu zamanı
istifadə edilir. 2022-ci il noyabrın 15-də dünya əhalisinin sayı
8 mlrd. nəfərə çatmışdır. 1999-cu ilin oktyabrında Yer kürəsində
əhalinin sayı 6,0 mlrd. nəfəri, 2011-ci ilin oktyabrında 7,0
mlrd. nəfəri ötmüşdür. Dünya əhalisinin sayının 1 mlrd. nəfər
artması üçün 11-12 il vaxt lazım gəlir.