İnsan İnkişafı İndeksini hesablamaq üçün aşağıdakılar müəyyən
edilir:
1) uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında
hesablanır);
2) təhsil səviyyəsi (böyüklər arasında savadlılıq,
həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say
nisbəti əsasında hesablanır);
3) layiqli yaşayış standartları (gəlir əsasında
hesablanan alıcılıq qabiliyyəti).
BMT-nin hesabatlarında İnsan İnkişafı İndeksi 0,800-dən yuxarı olan ölkələr çox yüksək, 0,799-0,700 arasında əmsala malik olan ölkələr yüksək, 0,550-0,699 arasında əmsala malik olan ölkələr orta, 0,350-0,549 arasında əmsala malik olan ölkələr aşağı inkişaf səviyyəsinə aid edilir. 2022-ci il üçün tərtib edilmiş siyahıya əsasən İnsan İnkişafı İndeksinə görə ilk beş yerdə İsveçrə, Norveç, İslandiya, Avstraliya, və Danimarka durur. 158 ölkə arasında son beş yer Burundi, Burkina-Faso, Çad, Niger, MAR-a məxsusdur. Azərbaycan 0,745 bal ilə 91-ci yeri tutur.
1.Uzun və sağlam ömür | 2.Təhsil səviyyəsi |
3.
Layiqli yaşayış
standartı |
a. |
||
b. |