Ölkənin inkişaf səviyyəsi yüksəldikcə istehsal etdiyi məhsullar və göstərdiyi xidmətlərin dəyəri artır. Onlar iki göstərici ilə müəyyən edilir. Ümumi Daxili Məhsul (ÜDM) - müəyyən vaxtda, adətən il ərzində ölkə daxilində həm ona məxsus olan, həm də xarici şirkətlər (istehsalçılar) tərəfindən yaradılan son məhsulların (əmtəə və xidmətlər) ümumi dəyəridir.
Ölkələrin iqtisadi inkişaf səviyyəsinin müqayisə edilməsi üçün
əhalinin hər nəfərinə düşən ÜDM hesablanır. Bunun müəyyən
olunması
üçün ÜDM-in məbləği əhalinin
Ümumi Milli Məhsul (ÜMM) - il ərzində ölkənin daxilində və xaricdə bu ölkəyə məxsus olan müəssisələr tərəfindən yaradılan məhsul və xidmətlərin ümumi dəyəridir. Onun hesablanması üçün ÜDM dəyərindən xarici ölkələrə məxsus şirkətlərin gəliri çıxılır, üzərinə ölkənin xaricdəki gəliri əlavə edilir.
Dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatı zamanı aşağıdakı amillər nəzərə alınır: 1. Ümumu Daxili Məhsulun həcmi (ÜDM); 2. Onun hər nəfərə düşən kəmiyyəti;