VII.6. Ümumiləşdirici tapşırıqlar.
“Coğrafi qurşaqlar və təbii zonalar” xəritəsi üzərində iş
1.
Şimal tropikindən Şimal qütb dairəsinə qədər mövcud olan təbii
zonaların adlarını seçib yazın.
2.
Avstraliyadakı təbii zonaların adlarını şərti işarələrə uyğun
yazın.
3.
Təbii zonaların formalaşması və okean cərəyanlarının sahillərə
təsiri arasındakı əlaqəni cədvəldə göstərin:
Cərəyanın
növü
|
Adı |
Təbii
zona
|
Yayıldığı
ərazi
|
Adı |
Təbii
zona
|
Yayıldığı
ərazi
|
İsti
cərəyan
|
|
|
|
|
|
|
Soyuq
cərəyan
|
|
|
|
|
|
|
4.
Bir neçə coğrafi qurşaqda formalaşan təbii zonaların adlarını
müəyyən edin.
5.
Azərbaycanın düzənlik ərazilərində yayılan bitki və heyvanlar
aləminin adlarını müəyyən edin.
6.
Subtropik qurşaqda qərbdən şərqə doğru ayrılan təbii zonaların
adlarını müəyyən edin.
7.
Şərti işarələrdən istifadə edərək Şimali Amerikada əmələ gələn
təbii zonaların adlarını və sərhədlərini kontur xəritəyə
köçürün.