Cəmiyyətin və istehsalın inkişafı prosesində baş verən dəyişiklikləri öyrənmək lazımdır. Bu zaman yaranmış problemlərin həlli yollarını axtarmaq lazım gəlir. Bunun üçün yeni elm sahələri yaranır.
Təbii tarazlığın qorunması üçün ayrı-ayrı komponentlər arasında qarşılıqlı əlaqələrin öyrənilməsi vacibdir. Bu sahədəki tədqiqatları ekoloji coğrafiya elmi aparır.
İnsanların sağlamlığının qorunması daim aktualdır. Bu məqsədlə istirahət-turizm kompleksləri yaradılır. Coğrafiyanın xüsusi sahələri kimi ayrılan tibbi coğrafiya* və rekreasiya coğrafiyası xüsusi əhəmiyyət kəsb edir. Rekreasiya coğrafiyası turizm-rekreasiya ehtiyatlarının yerləşməsi və istifadə yollarını öyrənir.