Biosfer
Burada bitən ağac növlərinə baobab, akasiya, müxtəlif
palma növləri, butulka ağacı aiddir. Onlar çoxsaylı kollar və
otlarla birlikdə bitir. Savannalar və seyrək meşələrin heyvan
növlərinə Afrikada fil, kərgədan, zürafə, camış, antilop, şir,
zebr, meymun aiddir. Cənubi Amerikada puma, canavar, vəhşi donuz
(pekar) yaşayır. Savannalar Cənubi Amerikanın yaylaları, Afrikanın
mərkəzi (40%), Avstraliyanın şimal və şərq hissələrində geniş
ərazi tutur. Hər üç materikdə dəvəquşu yaşayır. Avstraliya üçün
evkalipt ağacı və kisəli heyvanlar səciyyəvidir.
Ekvatorial enliklərdə rütubətli ekvatorial meşələr əmələ
gəlir. Buranın sıx bitki örtüyü zəngin və müxtəlif növ heyvanat
aləminin yaranmasına imkan verir. Ekvatorial meşələrdə çörək
ağacı, palma, banan, qırmızı ağac, heveya (kauçuk) ağacı bitir.
Ağaclara sarmaşan lianalar meşələri keçilməz edir. Bitkilər bir
neçə mərtəbədən ibarətdir. Amazon ovalığında hündürlüyü 80 metrə
çatan seyba ağacı bitir. Onlar ən yüksək yaruslara qalxır.
Heyvanlar aləminə müxtəlif meymun növləri aiddir. Su hövzələrində
timsah, ilan, həşəratlar yaşayır. Cənubi Amerika meşələrində
yaquar, opossum, ən böyük gəmirici olan kapibarı (50 kq),
quşlardan ən kiçik quş olan kalibri, tutuquşu, tukan məskən salır.
Materikdə uzunluğu 10 metrə çatan anakonda ilanı, timsah və
piranya balığı vardır.
1.
Təbii zonaların ayrılması zamanı hansı amillər əsas kimi
götürülür?
2.
Əsas və keçid təbii zonaları hansı xüsusiyyətlərinə görə fərqlənir?
3.
Materiklərdə hansı təbii zonalar geniş ərazi tutur?
4.
Sahilboyu və daxili rayonlarda onların yerləşməsində hansı
fərqlər vardır?
Ekvatordan qütblərə doğru təbii zonaların yerləşməsi
ardıcıllığını müəyyən edin:
7.
Codyarpaqlı həmişəyaşıl meşələr
“Coğrafi qurşaqlar və təbii zonalar”ın xəritəsindən istifadə
edərək materiklərdə əmələ gələn təbii zonaların adlarına,
yayıldığı ərazilərə uyğun cədvəl hazırlayın.
Yaşadığınız ərazidə hansı təbii zona olduğunu müəyyən edin. Onun
coğrafi səciyyəsini hazırlayın.