Biosfer coğrafi təbəqənin orqanizmlər yayılan və onlar
tərəfindən dəyişdirilən hissəsidir. Onun komponentləri daim
inkişaf etdiyinə və yayılma arealı genişləndiyinə görə coğrafi
təbəqənin daha geniş hissəsini əhatə edir. Burada insan
cəmiyyəti yaşadığına görə onun tərəfindən dəyişdirilən sahələr
də sürətlə genişlənir.
1.
Yerin təbəqələri arasında necə əlaqə mövcuddur?
2.
Coğrafi təbəqənin yuxarı və aşağı sərhədləri hansı meyarlar
əsasında ayrılır?
3.
Coğrafi təbəqə hansı inkişaf mərhələlərini keçmişdir?
Coğrafi təbəqənin inkişaf mərhələlərinin ardıcıllığını
müəyyən edin:
1.
Vulkanizm Yerin ilk atmosferini yaradır.
2.
Nəhəng sürünənlər materiklərə yayılır.
3.
Atmosfer oksigenlə zənginləşir.
4.
İlk quşlar yaranır.
5.
Həyatın başlanması, ilk canlıların yaranması.
6.
İlk onurğalı heyvanların (balıqların) əmələ gəlməsi.
7.
Günəş sisteminin formalaşması
8.
İnsanın yaranması.
1.
Coğrafi təbəqəyə aid olan komponentləri göstərin
a) Biosfer, b) Mezosfer, c) Troposfer, d)
Hidrosfer,
e) Üst mantiya, j) Yer qabığı, f) Ekzosfer.
2.
Coğrafi təbəqənin komponentləri arasındakı əlaqələrə
misallar göstərin.