Okean və dənizlərdə daimi küləklərin təsiri ilə böyük su kütlələrinin üfüqi istiqamətdə yerdəyişməsi okean cərəyanları* adlanır. Koriolis qüvvəsinin təsiri
Cərəyanın gətirdiyi suyun temperaturu ətraf suyun temperaturundan aşağı olduqda o, soyuq cərəyan adlanır. Sahillərindən soyuq cərəyanlar keçən ərazilər quru iqlimə malik olur, səhralar yaranır. Suyun səthi soyuq olduğuna görə buxarlanma az olur. Nəticədə yağıntılar da az düşür. İsti cərəyanlar xəritədə qırmızı xətlərlə göstərilir, alçaq coğrafi enliklərdən yüksək enliklərə hərəkət edir. Soyuq cərəyanlar xəritədə göy xətlərlə verilir, yüksək enliklərdən alçaq enliklərə istiqamətlənir. İsti cərəyanların suyu soyuq cərəyanlara nisbətən duzlu olur.
Okean cərəyanları sahillərin iqliminə, orqanizmlərin yerdəyişməsinə, suyun dövranına, onun temperaturu və duzluluğunun dəyişməsinə təsir göstərir.
Tropik enliklərdə materiklərin şərq sahillərindən isti, qərb sahillərindən soyuq cərəyanlar keçir. Mülayim enliklərdə əksinə, qərb sahillərdən isti cərəyanlar, şərq sahillərdən soyuq cərəyanlar axır.