Okeanlarda daimi və mövsümi küləklər, sualtı vulkanlar, zəlzələlər, Günəşin və Ayın cazibə qüvvəsinin təsiri ilə sular daim hərəkət edir. Küləyin təsirilə okean suyunun müvazinət (sakit) halı pozulur, səth sularının şaquli rəqsi hərəkəti yaranır. Bu hadisə külək dalğaları* adlanır. Dalğaların gücü küləyin sürətindən (1 m/san-dən çox olduqda) asılıdır. Dalğanın ən aşağı hissəsi onun dabanı, ən hündür hissəsi yalı, iki yal arasındakı məsafə uzunluğu, yalı ilə dabanı arasındakı məsafə hündürlüyü adlanır. Ən yüksək külək dalğaları Atlantik və Sakit okeanlarının şimalında, Atlantik və Hind okeanlarının cənubunda, həmçinin Barens dənizində müşahidə edilir. İsti və soyuq cərəyanların qarşılaşdığı sahələrdə də güclü dalğalar əmələ gəlir.
Ayın və Günəşin cazibə qüvvəsinin təsiri ilə okean və dənizlərin sahillərində suyun səviyyəsinin dövri olaraq qalxması və enməsi baş verir. Suların sahilləri basması qabarma* , geri çəkilməsi çəkilmə hadisəsi adlanır. Ay Yerə yaxın olduğuna görə onun qabarma əmələ gətirmə qüvvəsi Günəşə nisbətən çoxdur. Dar körfəzlərdə və çayların mənsəbində qabarmanın