Suyun səthində duzluluq 36‰-dirsə, 2000 m dərinlikdə bu göstərici 34,6-35‰-dir. Atlantik okeanı ensiz olduğuna görə buxarlanan suyun əsas hissəsi yağıntı şəklində materiklərə düşür və suyun duzluluğu yüksəlir. Xəzər dənizinin cənubunda suyun orta duzluluğu 12- 13‰-ə yaxındır.
Okean suyunda şəffaflıq diametri 30 sm olan gümüşü rəngli lövhənin göründüyü məsafəyə əsasən təyin edilir. Sakit okeanın tropik və subtropik enliklərində suyun şəffaflığı daha yüksəkdir.
Səhvləri düzəldin.
Xəritədə duzluluğu eyni olan nöqtələri birləşdirən xətlər izobat adlanır. Okean suyunda ən çox maqnezium var. Natrium-xlor okean suyunun acı olmasına səbəb olur. Suyun səthindən suyun buxarlanması duzluluğu azaldır. Aysberqlər okean suyunun duzluluğunun artmasına səbəb olur. Okeanın səthində ən çox duzluluq ekvatorial və mülayim enliklərdədir. Ən duzlu okean Hind okeanıdır. Şimal Buzlu okeanında suyun şəffaflığı daha çoxdur.