Sakit okean ekvatorial və tropik enliklərdə geniş ərazi tutur. Ona görə ən isti okeandır - suyun orta temperaturu 19°C-dir. İkinci yerdə Hind okeanı durur. Ekvatora yaxın ərazilərdə onun sahəsi kiçikdir. Şimaldan gələn küləklərin qarşısını dağlar kəsir. Ona görə suyun orta temperaturu 17°C-dir.